Qubada DƏHŞƏTLİ qəza

Day.Az представляет новость на азербайджанском языке

Quba rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Day.Az anspress-ə istinadən bildirir ki, qəza bu gün saat 16:10-da Quba-İspik yolunun 1.5-ci kilometrliyində qeydə alınıb.

Sürücüsünün ad və soyadı istintaqla hələlik müəyyən edilməyən "Qazel" markalı yük avtomobili qarşıdan gələn BMW markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində bir nəfər dünyasını dəyişib, bir neçə yaralı var.

Hazırda əraziyə təcili yardım maşınları cəlb edilib, ölən və yaralananların adları dəqiqləşdirilir.

Qəza ilə bağlı əlavə məlumat veriləcək...

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.