Azərbaycan qatarında uşaq doğuzdurdular

Day.Az представляет новость на азербайджанском языке.

Bakıdan yola düşən 449/450 nömrəli Bakı-Xarkov sərnişin qatarı Volqoqrad stansiyasına yaxınlaşarkən qatar rəisi İlhamə Bağırova və 5-ci vaqonun bələdçiləri Göyçək Hüseynova vəŞeyda Fətəliyeva vaqonun sərnişini, hamilə qadın Alina Veşeteçkanın ağrılarının kəskinləşdiyini görüb ona ilkin yardım göstəriblər.

Milli.Az bildirir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisiNadir Əzməmmədov Trend-ə deyib ki, sərnişin bətnində daşıdığı müqəddəs yükdən azad olub və bir oğlan övladı dünyaya gəlib.

Volqoqrad stansiyasında "Təcili yardım" çağırtdırılıb, övladı dünyaya gələn sərnişin Alina Veşeteçka xəstəxanaya aparılıb.

"Təcili yardım" briqadası göstərdikləri fədakarlığa görə Azərbaycan dəmiryolçularına öz minnətdarlığını bildiriblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.