Cennifer Lopez gözəllik sirlərini açıqladı

Day.Az представляет новость на азербайджанском языке

Dünya şöhrətli müğənni Cennifer Lopez "Hello" jurnalına gözəllik sirlərindən danışıb. 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, sağlamlığına diqqət etdiyini deyən Cennifer balıq, tərəvəz və salatla qidalandığını söyləyib. Spirtli içkilər, qəhvə və siqaretdən ümumiyyətlə imtina edən ifaçı "Yedikləriniz yalnız bədəninizə deyil, dərinizin görünüşünə də təsir göstərir" deyə vurğulayıb. Hər gün idman edən Lopez "Hər şeydən əvvəl su için. Xüsususən də idmandan öncə içəcəyiniz su sizə daha da güc verəcək" deyib.

Əhvalı pis olduqda rəqs etdiyini qeyd edən Cennifer qadınlara özlərini sevməyi məsləhət görüb: "Özünü sev. Başqalarının nə düşündüyünə önəm verərək zaman xərcləmə və yaxşı bir nəmləndirici kremdən istifadə et". 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.