Bakıda tanışların mübahisəsi bıçaqlanma ilə nəticələnib

Day.Az представляет новость на азербайджанском языке

Bakının Sabunçu rayonunda tanışların mübahisəsi bıçaqlanma ilə nəticələnib.

APA-nın məlumatına görə, hadisə Bakıxanov qəsəbəsi Xasməmmədov 1 ünvanında baş verib. 32 yaşlı Əziz Azay oğlu Məmmədovun yaşadığı məhəllədə tanışı ilə mübahisəsi düşüb. Mübahisə əlbəyaxa davaya çevriləndə Əziz Məmmədovun tanışı cibindən çıxardığı bıçaqla ona xəsarətlər yetirib. Daha sonra o hadisə yerindən qaçıb. Yaralı qonşularının köməkliyi ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildiriblər.

Hadisə barədə Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə məlumat verilib. Polisdən verilən məlumata görə, hadisəni törədən şəxsin kimliyi müəyyən edilib. Onun tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Faktla əlaqədar cinayət işi başlanıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.