Sabirabadda avtomobil traktorla toqquşub: xəsarət alanlar var

Day.Az представляет новость на азербайджанском языке

Sabirabadda avtomobil traktorla toqquşub, iki nəfər xəsarət alıb.

Day.Az APA-ya istinadən bildirir ki, iyunun 30-da axşam saatlarında Sabirabad rayonunun Osmanlı kəndi ərazisində rayon sakini, 1960-cı il təvəllüdlü Salahov Əsgər Güləhməd oğlunun idarə etdiyi "VAZ 2106" markalı, 10 PX 121 dövlət nömrə nişanlı avtomobil qarşıda gedən traktora çırpılıb.
 
Nəticədə avtomobildə olan sərnişinlər - 1958-ci il təvəllüdlü Məmmədov Ramil Kazım oğlu damarın kəsilməsi və 1948-ci il təvəllüdlü Qəhrəmanov Sarı Qəhrəman oğlu bazu sümüyünün sınığı diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aprılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.