Bakının mərkəzində yanğın

Day.Az представляет новость на азербайджанском языке

Paytaxtın Mətbuat prospektində yanğın hadisəsi baş verib.

Day.Az Trend-ə istinadən bildirir ki, yanğın hadisəsi Mətbuat prospektindəki tələbə şəhərciyinin həyətində baş verib.

Yanğın nəticəsində şəhərciyin həyətində 80 kvadratmetrlik ərazi yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yasamal Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən briqadası cəlb edilib, yanğının qarşısı alınıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.