Türkiyədə HƏYƏCANLI ANLAR: namaz öncəsi məscidə "canlı bomba" girdi

Day.Az представляет новость на азербайджанском языке

Türkiyədə məscid terror təhlükəsinə görə boşaldılıb.

Milli.Az bildirir ki, Türkiyənin Adana şəhərinin Sabancı Mərkəz məscidində cümə namazı öncəsi ayağa qalxıb "özümü partladacam" deyən bir şəxs zərəsizləşdirilərək nəzarətə götürülüb. 

Məscid boşaldıldıqdan sonra, orada bombanın axtarışı davam edib. Tutulan həmin şəxsin üzərində bomba olub-olmaması barəsində heç bir açıqlama verilməyib. 

Camaat məscidi tərk edərkən ayaq altında qalıb, əzilənlər olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.

Türkiyədə məscid terror təhlükəsinə görə boşaldılıb