Həcc ziyarətində

Day.Az представляет новость на азербайджанском языке

Səudiyyə Ərəbistanı hökuməti Həcc mərasimini yerinə yetirmək üçün bu il Məkkə şəhərinə gələnləri elektron qolbaqla təchiz edəcək.

Day.Az anspress-ə istinadən bildirir ki, bu barədə BBC radiosu məlumat yayıb. 

Elektron qolbaqda sahibinin şəxsi və tibbi informasiyası olacaq. Bu, ehtiyac yaranacağı təqdirdə zəvvarlara təcili köməyin göstərilməsi üçündür. Qolbaqlar, həmçinin namaz vaxtları barədə məlumat verəcək və ərəb dilini bilməyən zəvvarlara yerlərini müəyyən etməyə kömək edəcək.

Bununla yanaşı, zəvvarların toplandığı yerlərə 1000-dən çox kamera quraşdırılıb.

Ölkə hökuməti keçən il Məkkədə basabas nəticəsində 750-dən çox zəvvarın həyatını itirdiyi və 900-dən çox insanın yaralandığı faciədən sonra təhlükəsizliyin təmin olunması istiqamətində bu cür addımlar atıb. 

Bu il Həcc ziyarəti sentyabr ayında başlayacaq. 

Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşib. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.