Ayı velosipedçiyə hücum etdi

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın Montana ştatında yerləşən Qleyşer milli parkında qrizli ayısı velosipedçiyə hücum edib və kişi aldığı yaralardan keçinib.

Day.Az atv.az-a istinadən bildirir ki, hadisə Bred Trit və onun dostu parkda velosiped sürən zaman baş verib. Ehtimal edilir ki, onlar heyvanı qəzəbləndiriblər. Xoşbəxtlikdən velosipedçilərdən biri zərər çəkməyib və park əməkdaşlarını köməyə çağıra bilib. "Ola bilsin ki, onlar ayını qorxudublar və o, Triti velosipeddən sürüyüb aparıb. Həkimlər hadisə yerində onun öldüyünü qeydə alıblar", - deyə polisin məlumatında bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.