7 nəfərlik oğru dəstə tam ifşa olundu - Goranboyda əməliyyat

Day.Az представляет новость на азербайджанском языке

Goranboy polisi axtarışda olan 2 nəfəri həbs edib.

Onlar bu ilin may ayında ifşa olunan oğru dəstənin üzvləridirlər.

Day.Az anspress-ə istinadən bildirir ki, Goranboy polisi oğurluqla məşğul olan 7 nəfərlik dəstənin axtarışda olan 2 üzvünü yaxalayıb. Goranboy və Göy-Göl rayonları ərazisində mağazaları, evləri, poçt şöbəsini soyan, subartezian quyularının elektrik kabellərini oğurlayan dəstənin 5 üzvü bu il may ayında saxlanılıb.

Həmin vaxt istintaqdan yayınmağı bacaran Vaqif Hüseynov və İlkin Şıxıyev Bakı şəhərində ələ keçirilib. İstintaq  zamanı məlum olub ki, dostlar axtarışda olduqları müddət ərzində də sakit dayanmayıb.

Goranboy Rayon Polis Şöbəsindən onu da bildirdilər ki, saxlanılan şəxslərin axtarışda olduğu müddətdə törətdikləri cinayətlərin sayının etiraf etdiklərindən daha çox ola biləcəyi də istisna deyil.

Rayon polis şöbəsindən onu da öyrəndik ki, saxlanılan şəxslər əvvəllər də oğurluq etdiklərinə görə məhkumluq həyatı yaşayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
7 nəfərlik oğru dəstə tam ifşa olundu