Ölümündən əvvəl fotosunu İnstaqram-da paylaşdı

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın Florida ştatının 35 yaşlı sakini Kolin Börnsməşhur Böyük Kanyon Parkına ekskursiyaya yollanmışdı.

Bütün turistlər kimi o da qayanın lap kənarında oturaraq fotosunu çəkdirib, sonra da həmin fotonu İnstaqram-dakı profilində paylaşdı.

Day.Az ABC-yə istinadən bildirir ki, Kolinin fotosunu çəkən rəfiqələri onun arxasında durmuşdular. Onlar bilmirdilər ki, Kolin həyatının son anlarını yaşayır.
Kolin qayanın kənarından ayağa durmağa başlayanda qəflətən ayağı burxulub və o, 120 metr yüksəklikdən yıxılıb.

Kolinin rəfiqələrinin dediklərinə görə, onlar hələ də şokdadırlar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.