Avropanın məşhur həkimləri Gəncə beynəlxalq xəstəxanada

"Gəncə Beynəlxalq Xəstəxanası" yeni həkim heyətini təqdim edib.

Peşəkar həkimlərlə yanaşı xəstəxanın müasir tibbi avadanlıqları pasiyentlərin xidmətindədir.

2015-ci ilin 9 sentyabr tarixindən fəaliyyətə başlayan "Gəncə Beynəlxalq Xəstəxanası"da 24 tibbi bölmə, 50-dən çox yerli və  əcnəbi konsultant mütəxəssis həkimlər fəaliyyət göstərir. Xəstəxananın hər bir bölməsi müassir tibbi avadanlıqlarla təhciz edilib.

Çıxış edən "Gəncə Beynəlxalq Xəstəxanası"nın baş direktoru, tibb üzrə fəlsəfə doktoru İlyas Həsənov müəssisə haqqında ətraflı məlumat verib, regionda səhiyyə xidmətlərinin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətinə toxunub.

Baş direktor qeyd edib ki, xəstəxnada 24 saat Təcili Tibbi yardım xidməti göstərilir. Pasiyentlərin daşınması üçün 2 ambulans və 1 reanimobil hazır vəziyyətdədir.

Qeyd edib ki, müassir standartlara cavab tibbi avadanlıqlar xəstəliklərə vaxtında müdaxiləyə imkan verir. Bunun nəticəsidir ki, az müddətdir fəaliyyətə başlamasına baxmayaraq, böyük nailiyyət əldə edən tibb ocağı, pasiyentlərin inamını doğruldub. Artıq region sakinlərinin müayinə və müalicə üçün xaricə getməyə ehtiyac qalmayıb. Buna əlavə olaraq Avropanın müxtəlif tanınmış xəstəxanalarından dəvət olunan həkimlər burda pasientlərə ən müasir tibbi xidməti gösərirlər.

"Gəncə Beynəlxalq Xəstəxanası"nda istənilən xəstəliyin müalicəsi və əməliyyatlar mümkündür. Tibbi laboratoriyalarda quraşdırılan və  dünya standartlarına cavab verən avadanlıqlar sayəsində dəqiq analiz qoyulur.

Daha sonra xəstəxananın imkanlarını və onu digər tibb ocaqlarından fərqləndirən cəhətlərini özündə əks etdirən videoçarx iştirakçıkarın diqqətinə çatdırılıb. 

Sonra xaricdən dəvət olunan konsultant həkimlərə söz verilib. Onlar Azərbaycanda səhiyyənin inkişaf perspektivindən danışıb və nailiyyətlərin sevindirici olduğunu bildiriblər.

Təqdimat mərasimi qonaqların şərəfinə təşkil olunmuş ziyafətlə davam edib.

Avropanın məşhur həkimləri Gəncə beynəlxalq xəstəxanada