Zaqatala və Balakəni qasırğa vurdu

Day.Az представляет новость на азербайджанском языке.

İyulun 22-i axşam saat 19 radələrində Zaqatala və Balakən rayonları ərazisində qeyri sabit hava şəraiti hökm sürüb, qısa müddətli qasırğa baş verib,  leysan yağıb.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, qasırğa  əsasən Zaqatala şəhərinə və rayonun Yuxarı Tala kəndinin dağətəyi hissəsinə ciddi ziyan vurub. Qasırğa nəticəsində  yaşayış və inzibati binaların,  fərdi yaşayış evlərinin dam örtüyünə ciddi ziyan dəyib, bir sıra ərazilərdə irigövdəli ağaclar yıxılıb. Rabitə və elektrik naqilləri qırılıb.  Bir çox maşınlara üzərinə dam örtüyü düşməsi nəticəsində ciddi ziyan dəyib. Rayonun bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Rayon rəhbərliyi,   Fövqəladə Hallar Komissiyasının nümayəndələri və müvafiq qurumlar axşam saatlarından başlayaraq  fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görür və dəymiş ziyan hesablanır.
 
Qasırğa və leysan yağış  Balakən rayonunda da ciddi fəsadlar törədib. Qasırğa  Balakən Rayon Mərkəzi Xəstəxanasının dam örtüyünün 60 faizini qoparıb yerə salıb. Xəstəxananın 3-cü mərtəbəsində yerləşən əməliyyat blokunun avadanlıqlara leysan nəticəsində ciddi  ziyan dəyib. Qazbinə kənd tam orta məktəbinin idman korpusunun dam örtüyü,  51 saylı Yol İstismar İdarəsinin  əsas  və köməkçi binalarının dam örtüyü,  bir sıra sosial obyektlərin və fərdi yaşayış evlərin dam örtüyünə ciddi ziyan dəyib. Qasırğa nəticəsində rayonun elektrik və rabitə sisteminə ziyan dəyib, rayonun 70 faizinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.  Vəziyyətlə əlaqədar rayonda təbii qazın verilişi dayandırılıb.Hazırda  rayonda fəsadların ardan qaldırılması üçün müvafiq tədbirlər görülür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.