Ərdoğan: “Bu elə bir xəstəlikdir ki, metastaz verib”

Day.Az представляет новость на азербайджанском языке.

"Ölkəmizdə separatçı terror təşkilatını bilirdik, İŞİD bilirdik, PYD-yi bilirdik, YPG-yi bilirdik. Bunları da bilirdik, lakin başqa cür tanınırdılar".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxış edərkən deyib.
 
Onun sözlərinə görə, hərbi çevrilişə cəhdi Fətullah Gülənə yaxın qüvvələr həyata keçirib: "Deyirdilər ki, bunlar dini bir qrupdur,  təhsillə məşğul olurlar, silahla əlaqələri yoxdur. Onlar, bu xalqın ödədiyi vergilərlə, bu xalqın pulu ilə alınmış silahı, bütün təyyarələri, helikopterləri, tankları, ağır silahları bu xalqa qarşı istifadə edəcək qədər alçaq, xain və namuszusdurlar. Bu elə bir xəstəlikdir ki, metastaz verib. Heç güman etmədiyimiz yerdən yenidən yarana bilərlər. Lakin biz bunu minimuma endirmək məcburiyyətindəyik ki, yolumuza əminliklə davam edək".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.