Bakıda ağır yol qəzası: yaralılar var

Day.Az представляет новость на азербайджанском языке

Bakıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Day.Az lent.az-a istinadən bildirir ki, Səbail rayonu Xanlar küçəsində "Mercedes" markalı, 10 FK 970 dövlət qeydiyyat nişanlı minik avtomobili "Ford" markalı, 99 CT 249 nömrəli maşınla toqquşub. Nəticədə hər iki avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Yaralılardan ikisi qadın, digər ikisi isə kişidir.
 
Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.