Erdoğandan Ardaya: "Sən bizim qardaşımızsan"

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 22-də idman və incəsənt nümayəndələrini qəbul edib. İstanbuldakı "demokratiyanın keşiyində" adlı dəstək aksiyalarının iştirakçıları arasında Arda Turan da olub.

Day.Az goal.az-a istinadən xəbər verir ki, Erdoğan "Barselona"nın futbolçusuna təşəkkürünü bildirib.

"Sən bizim qardaşımızsan. Xüsusilə həftənin əvvəlindəki sözlərin məni çox sevindirdi. Toplumun sevdiyi bir insanın sözləri çox önəmlidir".

Qeyd edək ki, Arda iyulun 16-da baş tutmuş uğursuz həbri çevriliş cəhdindən sonra Erdoğana dəstək mesajları vermişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.