5 yaşlı balaca mürəkkəb hesablamalar aparır - Bakıdakı istedad

Day.Az представляет новость на азербайджанском языке

Seyfullaəlini digər həmyaşıdlarından fərqləndirən cəhət ondan ibarətdir ki, məktəbə getməsədə riyazi bilikləri çox yüksəkdir. Day.Az atv.az-a istinadən bildirir ki, o, 10 ədəd və daha artıq rəqəmi tez toplayaraq cavabını deyə bilir. Bunun da əyani sübutu kimi hesablama aparaq.

Valideynləri deyir ki, Seyfullaəlinin hafizəsinin güclü olmasını hələ bir neçə il əvvəll hiss ediblər. Daha sonra barmaqla riyazi hesablama metodunu öyrənmək üçün müəllim yanına gedərək bacarığını daha da təkmilləşdirib. Barmaqla hesablamanı bilməklə yanaşı güclü hafizəsi ona bu hesablamaları tez aparmağa imkan yaradır.

Hesablayıcını ekranda göstərirəm İkirəqəmlilərdən başqa artıq o, üçrəqəmliləri də asanlıqla toplayıb çıxa bilir. 

Oxşar hesablama. Seyfullaəlinin müəllimi bildirir ki, 3 və daha artıq rəqəmliləri barmaqla hesablamağı çox az uşaq qavraya bilir. Bunu təkmilləşdirmək üçün mental-aritmetik proqramla məşğul olmaq lazım gəlir. Vərdişdən əlavə hafizənin güclü olması da şərtdir. Əslində 1 illik proqramdır bu hesablama metodu ama seyfulla bunu 6 aya bitirib. Qeyd edək ki, yaddaş və barmaq hesabı mental-aritmetik adlanan proqramla təkmilləşdirilir. Bu proqram Yaponiya təcrübəsinə söykənir. Hazırda 40 ölkənin orta məktəb proqramına salınaraq tədris edilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

5 yaşlı balaca mürəkkəb hesablamalar aparır - Bakıdakı istedad