Ərdoğan siyasi partiya rəhbərləri ilə görüşəcək

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə siyasi partiya liderlərini görüşə dəvət edib.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, görüş iyulun 25-də Prezident Sarayında baş tutacaq.
 
Görüşdə  CHP sədri Kamal Kılıçdaroğlu, MHP lideri Dövlət Baxçalı və hakim AK partinin sədri Binəli Yıldırım iştirak edəcək.
 
Qeyd edək ki, bu gün Ərdoğan Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general Hulusi Akarı qəbul edib.  Bildirilir ki, bu, dövlət çevrilişinə cəhddən sonra prezidentlə Hulusi Akar arasında ilk görüşdür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.