Bakıda eskalator qırıldı, qadın xəsarət aldı

Day.Az представляет новость на азербайджанском языке

Bakıda qadın piyada keçidində ölümdən dönüb.

Day.Az bizimyol.info-ya istinadən bildirir ki, iyulun 23-də Heydər Əliyev Sarayının qarşısındakı piyada keçidində eskalatorun xarab olması nəticəsində Svetlana Petrova yıxılıb. O, keçidin yuxarı qalxan eskalatoru işləmədiyindən ayaqla qalxmalı olub.

Bu zaman eskalatorun pillələrindən biri qopub. Başı eskalatora çırpılan xanım sifətindən ağır xəsarətlər alıb. Onun üzünə xeyli sayda tikiş qoyulub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.