Bakıda yol qəzasında üç qardaş yaralandı

Day.Az представляет новость на азербайджанском языке

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az report-a istinadən bildirir ki, A.Mustafayev küçəsi ev 241 ünvanının qarşısında 1954-cü il təvəllüdlü Fəyaz Bədəlovun idarə etdiyi KİA və 1978-ci il təvəllüdlü Mehman Sadıqovun idarə etdiyi idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində F.Bədəlov, sərnişinləri, qardaşları, 1953-cü il təvəllüdlü Fazil və 1961-ci il təvəllüdlü Əfraz Bədəlovlar xəsarət alıblar. Onlar Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdiriliblər.

Faktla bağlı istintaq aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.