Avtoreyd zamanı sərxoş sürücülər saxlanıldı

Day.Az представляет новость на азербайджанском языке

Gəncə Şəhər Yol Polis Şöbəsinin əməkdaşları yollarda təhlükəsizliyi təmin etmək, yol hərəkəti qaydalarını pozan, xüsusən sərxoş  sürücüləri aşkarlamaq üçün reyd keçirib.

Day.Az Region TV-yə istinadən bildirir ki, reyd zamanı yol polisi sərxoş vəziyyətdə avtomobilin idarə edilməsi hallarına qarşı sərt tədbir görüb.

Polis əməkdaşları spirtli içki içməsi şübhə doğuran sürücüləri həkim nəzarəti altında alkotesdən keçirdikdən sonra qanuna uyğun tədbirlər görüb. Sərxoş sürücülərin avtomobillərini yol polisinin əməkdaşları cərimə meydançasına aparıb.

Gəncə Şəhər Yol Polisi Şöbəsi sürücülərdən xahiş və tələb edir ki, sükan arxasında spirtli içki qəbul etməsinlər və ən əsası bütün qaydalara əməl etsinlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Нажмите на видео для просмотра:
Avtoreyd zamanı sərxoş sürücülər saxlanıldı