1859 ədəd müxtəlif növ sursat aşkarlanıb

Day.Az представляет новость на азербайджанском языке

Göygöl rayonunda xeyli sayda müxtəlif növ sursat aşkarlanıb.

Milli.Az bildirir ki, Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) daxil olan məlumatda belə deyilir.

İyulun 25-də saat 15:11-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya Göygöl rayonu, Yeni Zod kəndində yerli sakinə məxsus həyətyanı sahədə partlamamış mərminin aşkar olunması barədə məlumat daxil olub.

Məlumata əsasən, Agentlikdə yaradılmış xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində 1859 ədəd müxtəlif növ sursat (7 ədəd F1 əl qumbarası, 10 ədəd UZRQM əl qumbarasının zapalı, 1 ədəd VOQ-17 tüfəng qumbarası (ASQ), 1790 ədəd 7-62 çaplı LPS snayper PK gülləsi, 50 ədəd 5-45 çaplı avtomat gülləsi və 1 ədəd "Dyankov" əl qumbarası) aşkar edilərək, götürülüb və zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Tapılan sursatların ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.