Zavoddakı yanğının söndürülməsi üçün helikopter cəlb edildi

Day.Az представляет новость на азербайджанском языке

Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda baş verən yanğının söndürülməsi üçün helikopterlər cəlb olunub.

Day.Az bildirir ki, bunu azvision.az-a açıqlamasında Şirvan şəhər icra hakimiyyəti başçısının köməkçisi Vasif Əliyev deyib. O qeyd edib ki, yanğının söndürülməsi üçün lazım olan bütün işlər görülür:

"Yanğının şiddətindən içəriyə daxil olmaq mümkün deyil. Ölənlər haqqında məlumat yoxdur. Lakin yararlıların olduğu bildirilir və onlar xəstəxanaya gətirilir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.