Bağlanan bankların əmanətçilərinə kompensasiya necə veriləcək?

Day.Az представляет новость на азербайджанском языке

"Dekabank", "Kredobank", "Parabank"  və "Zaminbank"da  25 iyul 2016-ci il tarixi sığorta hadisəsinin baş verdiyi gün hesab olunur. Qanuna əsasən, bu gündən 1 həftə sonra əmanətçilərə kompensasiyaların verilməsinə başlanılmalıdır. Beləliklə, avqustun 1-dən vətəndaşların vəsaitləri qaytarılacaq.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, ancaq kompensasiyalar hamıya eyni qayda ilə verilməyəcək. Mart ayının 1-dən "Əmanətlərin tam sığortalanması haqqında" yeni qanun qüvvəyə minib. Bu tarixdən sonra banka əmanət qoymuş şəxslərin bütün pulu qaytarılacaq. O şərtlə ki, əmanətin illik faiz dərəcəsi manatda 12 faiz, dollarda 3 faizə qədər olsun. Mart ayına qədər bağlanmış müqavilələrə isə əvvəlki şərtlər tətbiq olunacaq. İllik faiz dərəcəsi 12 faizə qədər olan əmanətlərin 30 min manatı qaytarılacaq.

Eyni bankda həm depoziti, həm krediti olanların vəsaiti isə əvəzləşdiriləcək.

Bağlanan 4 bankda, ümumlikdə, 187 milyon manat əmanət var. İlkin hesablamalara görə, onlardan kompensasiya olunan əmanətlərin həcmi 126,9 milyon manatdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.