Ankarada 54 hərbçi, 8 hakim və prokuror həbs olunub

Day.Az представляет новость на азербайджанском языке

Türkiyədə Fetullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdinin ardından Ankara Respublika Baş Prokurorluğunun icra etdiyi istintaq işi çərçivəsində saxlanılan 54 hərbçi ilə 8 hakim və prokuror həbs olunub.

Milli.Az "Report"a istinadən bildirir ki, həmçinin Ali Hərbi Məhkəmənin 4 üzvü məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
FETÖ-nün çevriliş cəhdinin ardından başladılan istintaq çərçivəsində saxlanılan 10 hakim və prokurordan 8-i həbs olunub, 2-si sərbəst buraxılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.