3 qat dünya çempionumuz öldü

Day.Az представляет новость на азербайджанском языке

Poverliftinq idman növü üzrə 9 qat Azərbaycan, 3 qat Avropa və dünya çempionumuz Zərdüşt Həsrətov dünyasını dəyişib.

Day.Az qafqazinfo-ya istinadən bildirir ki, 22 yaşlı idmançı ötən gün evdə tək olub, səhhətində qəfil problem yaranıb.

Z.Həsrətovun yaxınlarının verdiyi məlumata görə, idmançı ürək çatışmazlığından həyatını itirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.