Azərbaycanlı qız Acunun kanalında rekord qırdı

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanlı ifaçı Məltəm Abbasova "Rising Star Türkiyə" səs yarışmasına qatılıb.

Day.Az bildirir ki, Axşam.az-ın məlumatına görə, keçən il eyni telekanalda "O səs Türkiyə"də iştirak edən Məltəm bu dəfə Sem Braunun "Stop" mahnısı ilə izləyici qarşısına çıxıb. Yarışmada builki ən yüksək səs faizini (94) yığaraq rekord qıran həmyerlimiz növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, Acun İlıcalının rəhbəri olduğu TV8-də yayımlanan "Rising Star"ln münsiflər heyətinə müğənnilər İrem Derici, Yılmaz Morgül, Mustafa Sandal və həyat yoldaşı Emine Sandal daxildir.

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanlı qız Acunun kanalında rekord qırdı

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.