Polis məntəqəsinin yaxınlığında özünü partlatdı: ölən və yaralılar var

Day.Az представляет новость на азербайджанском языке

Bağdadın şimalında terrorçu-kamikadzenin hücumu nəticəsində azı iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.

Day.Az report-a istinadən bildirir ki, İraq Daxili İşlər Nazirliyindəki mənbə terrorçu-kamikadzenin əş-Şula rayonunda polis nəzarət-buraxılış məntəqəsi yaxınlığında özünü partlatdığını deyib.

Polisin ilkin hesablamasına görə, terror qurbanları arasında hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı da var.

Qeyd edilib ki, ölənlərin sayı arta bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.