Dövlət qurumu işçi axtarır - 12 vakansiya

Day.Az представляет новость на азербайджанском языке

Maliyyə Bazarlarına Nəzarət Palatası 12 vəzifə üzrə vakansiya elan edib.

Day.Az bu barədə milli.az-a istinadən xəbər verir. 

Qeyd olunan vakansiyalar bank fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət idarəsinin böyük analitiki, sığorta bazarına nəzarət sahəsi üzrə aparıcı mütəxəssis, informasiya texnologiyaları idarəsi - Sistem inzibatçısı, strateji təhlil və risklərin idarə edilməsi idarəsi - analitik, prudensial siyasət və metodologiya idarəsi - analitik (Kapital bazarları üzrə), hüquq və icraat departamentinin aparıcı Hüquqşünası/ böyük hüquqşünası, prudensial siyasət və metodologiya idarəsi - analitik (sığorta sahəsi üzrə), ödəniş sistemlərinə nəzarət sektoruna aparıcı analitiki/ böyük analitiki, maliyyə bazarları infrastrukturuna nəzarət idarəsinin analitiki/aparıcı analitiki, maliyyə bazarlarına nəzarət departamentinin Ticarət əməliyyatlarına nəzarət idarəsinin böyük analitiki, beynəlxalq əməkdaşlıq sektorunun böyük mütəxəssisi/ sektor müdiri, katiblik sektorunun müdiri vəzifələri üzrədir. 

Namizədlərin öz CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Müraciət etdiyiniz vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.

Vakansiyalar üzrə son müraciət tarixi isə avqustun 26-dır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.