TRT dövlət çevrilişi cəhdindən sonra xəbər studiyasının adını dəyişdirib

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə Radio və Televiziya Şurası (TRT) xəbər studiyasının adını dəyişdirib. 

Day.Az Report-a istinadən xəbər verir ki, bundan sonra telekanalın xəbər xidməti üçün istifadə etdiyi studiya "15 iyul millət studiyası" adını daşıyacaq. 

Məlumata görə, TRT İdarə Heyəti Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdindən sonra belə bir qərar qəbul edib. 

Qeyd edək ki, iyulun 15-də dövlət çevrilişinə cəhd zamanı bir qrup hərbçi TRT-nin binasına daxil olaraq, aparıcını qiyamçıların ölkənin idarəçiliyini ələ keçirdiyi barədə məlumatı oxumağa məcbur etmişdilər. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.