Yasamalda yanğın

Day.Az представляет новость на азербайджанском языке

Yasamal rayonunda vətəndaşa məxsus evdə yanğın olub.

Day.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ikimərtəbəli ümumi sahəsi 80 kv.m olan 4 otaqlı yaşayış evinin yanar konstruksiyaları yanıb.

Qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 03:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.