Bakıda möcüzə kimi olay

Day.Az представляет новость на азербайджанском языке

9-cu mərtəbədən yıxılan uşaq sağ qaldı.

Bakının Binəqədi rayonu ərazisində bədbəxt hadisə baş verib.

Day.Az Lent.az-a istinadən xəbər verir ki, 7 yaşlı Həsən Abdullayev 9 mərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılıb. 

Hadisədən dərhal sonra Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən Həsənə kəllə-beyin travması diaqnozu qoyulub. Bundan başqa onun bud, çanaq və qabırğalarında çoxsaylı sınıqlar var. Həkimlər 7 yaşlı oğlanın halında pisləşmə qeydə almasa da, onun vəziyyətinin ağır olduğunu bildirir.

Qeyd edək ki, 7 yaşlı Həsən Abdullayev özünü 9-cu mərtəbədəki mənzilin pəncərəsindən atarkən ağacların üstünə düşdüyündən sağ qalıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.