Türkiyə Prezident Administrasiyasını "Qorqud" zenit topu qoruyacaq

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə Prezident Administrasiyası (Cumhurbaşkanlığı Külliyesi) yerli hava hucumundan müdafiə sistemi vasitəsilə qorunacaq. 

Day.Az report-a istinadən bildirir ki, Türkiyədə dövlət çevrilişinə cəhd zamanı helikopterlərdən atəşə tutulan binaya "Qorqud" zenit topu quraşdırılacaq. 

Qeyd edək ki, "Qorqud" Türkiyənin ASELSAN şirkətinin FNSS ZMA-30 tır-tırlı nəqliyyat platforması üzərində hazırladığı 35 mm çaplı 2 lüləli zenit topudur. Helikopter, təyyarə, pilotsuz uçuş aparatı və aşağı məsafədən uçan raketlərə qarşı tətbiq olunan "Qorqud" 3 ölçülü radara, İFF sisteminə, qabaqcıl silah seçimi alqoritmlərinə, avtomatik sursat ötürmə sisteminə, radarlarla yanaşı, elektro-optik sistemlərə və müasir atış-kontrol sisteminə sahibdir. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.