Hakan Şükürə ZƏRBƏ: ofisiant da işləyə bilməyəcək

Day.Az представляет новость на азербайджанском языке

"Qalatasaray" klubunun idarə heyəti "Konya Qalatasaraylılar Dərnəyi"nin rəhbəri Sıtkı Korkmazın müraciətindən sonra Fəthullah Gülən tərəfdarı olan Hakan Şükürü üzvlükdən çıxarmağa qərar verib. 

Day.Az 1xəbər.com-a istinadən bildirir ki, bu qərar həyata keçirildikdən sonra keçmiş futbolçu artıq klubun qapısından belə keçə bilməyəcək.

Türkiyə mətbuatında yer alan xəbərlərə görə, Hakan Şükür ABŞ-dakı Qalatasaraylılar Dərnəyində ofisiant belə işləyə bilməyəcək. Bununla da Hakan Şükür "Qalatasaray" tarixindən tamamilə silinəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.