Misirin “Qina” rəqs qrupu Bakıda konsert proqramı ilə çıxış edib

Day.Az представляет новость на азербайджанском языке

29 iyul 2016-cı il tarixində Bakı şəhəri Nizami küçəsində Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Misirin məşhur "Qina" folklor rəqs qrupu konsert proqramı ilə çıxış etmişdir.

Day.Az-ın məlumatına görə, konsertdə şəhər sakinlərinə qrupun ifasında nümayiş olunan bir-birindən maraqlı rəqslər tamaşaçılar tərəfindən böyük maraqla izlənilmiş və alqışlanmışdır.

Qeyd edək ki, "Qina" folklor rəqs qrupu Misir Ərəb Respublikasının milli günü münasibətilə Bakıda səfərdədirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.