İlhamə Quliyevanın xeyriyyə fondu yaradılacaq

Day.Az представляет новость на азербайджанском языке.

Mərhum xalq artisti İlhamə Quliyevanın xeyriyyə fondu yaradılır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu haqda mərhum müğənninin dayısı oğlu Eldar İsmayılov deyib.

O bildirib ki, yeni yaradılacaq fondda İ.Quliyevanın bir neçə arzusu gerçəkləşdiriləcək:

"İlhamə Quliyevanın xeyriyyə fondunun yaradılması üçün bütün işlər həll olunub. Rəsmi müraciətimiz müsbət qarşılanıb. Bildiyiniz kimi, İlhamə xanım şou-biznesdə olan bir çox müğənnilərin tanınmasına, onların efirlərə çıxmasına yardımçı olub. Elə bu səbəbdən də yeni yaradılacaq fond incəsənət sahəsində istedadı olub, lakin tanınmaq üçün imkanı olmayan gənclərə yadımçı olacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.