İrəvanda polis güllələndi

Day.Az представляет новость на азербайджанском языке

İyulun 17-də İrəvanda Post-Patrul Xidməti Alayının (PPXA) kazarmasını ələ keçirmiş "Sasna srer" qruplaşmasının üzvləri polislə atışmaya başlayıblar.

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, atışmada bir polis əməkdaşı həlak olub.
Həbsdəki müxalifətçi Jirayr Sefilyanın tərəfdarlarından ibarət olan "Sasna srer" qrupu təslim olmaq niyyətində deyil.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti qruplaşma üzvlərinə ultimatum verib. Onlaar silahı yerə qoymaq və təslim olmaq təklif olunub. Əks təqdirdə MTX xəbərdarlıq edilmədən atəş açılacığını və PPXA binasında istənilən silahlı adamın zərərsizləşdiriləcəyini bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Day.Az представляет новость на азербайджанском языке