Azərbaycanda ağır qəza: Qarabağ qazisi və daha 2 nəfər həlak oldu

Day.Az представляет новость на азербайджанском языке

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yevlax-Xaldan yolunda "KAMAZ" markalı yük, "OKA" və "QAZ" markalı minik avtomobillərinin toqquşması barədə məlumat daxil olub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal nazirliyinin Aran Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, deformasiyaya uğramış "OKA" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış vətəndaşın cəsədini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 17:05-də başa çatıb.

XXX

Yevlaxda biri Qarabağ müharibəsi əlili olmaqla, 2 nəfər yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.
Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Xaldan yolunda baş verib. Ağdam rayon sakini Şükürov Elgiz Baxşeyiş oğlunun idarə etdiyi "Tavria" markalı 02 BJ 125 dövlət nömrə nişanlı minik avtomobili  "KamAZ markalı yük maşını ilə toqquşub. Nəticədə sürücü E. Şükürov və sərnişin, Ağdam rayon sakini Məmmədquliyev Azər ölüb.
 
Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.