Yumurtanı əsla belə bişirməyin!

Day.Az представляет новость на азербайджанском языке

Türkiyəli diyetoloq İşın Sayın yarı çiy bişmiş faydalı olmadığını deyib.

Day.Az publika.az-a istinadən xəbər verir ki, diyetoloq yumurtanın bişirilmə qaydası haqqında məlumat verib: "Yumurtanın tərkibi kalsium və beyin sağlamlığı üçün əvəzolunmaz maddə - xolinlə zəngindir. Sarısındakı yüksək A vitamini görmə funksiyasını yaxşllaşdırır və immuniteti gücləndirir.  Yumurta sarısının hüceyrələri yeniləyir və xərçəngin qarşısı alır".

Diyetoloq bildirib ki, yumurta ancaq doğru bişirildiyi halda faydalı ola bilər: "Yumurta odda cəmi 10 dəqiqə qalmalıdır və qaynamağa başlayan kimi odu azaltmaq lazımdır. Beləliklə, yumurta tam bişir və qida dəyəri yüksək olur.  Yumurta yarı çiy şəkildə bişirildikdə ondakı biotin vitamini avidin adlı zülalla birləşir. Yumurta tam bişəndə isə bu arzuolunmaz kimyəvi birləşmənin qarşısı alınır. Yəni, tam bişmiş yumurta orqanizmə daha çox fayda verir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.