Daha bir keçid bağlandı

Day.Az представляет новость на азербайджанском языке

Bakı-Böyük Kəsik dəmir yolu xəttinin rayon mərkəzindən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkəti üçün 2 keçid var. Lakin onlardan biri bir neçə ildir ki, bağlıdır. Dəmir yolu xəttini  avtomobillə keçmək istəyənlər 8-10 kilometr əlavə məsafə qət edərək şəhərin digər hissəsində olan keçidə üz tutmalıdır.

Day.Az xezerxeber.com-a istinadən bildirir ki, həmin keçid körpü şəklində olduğundan və rayon bazarının yaxınlığında yerləşdiyindən günün əksər vaxtlarında böyük tıxac yaranır.

Kürdəmir 5 saylı dəmir yolu idarəsindən bildirilir ki, yaxın vaxtlarda bağlanmış keçiddə təmir-bərpa işləri aparılacaq və müasir avadanlıqlar quraşdırılacaq.

Qarşıdakı 3 ay ərzində də keçidin istifadəyə verilməsi nəzərdə tutulub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.