Məşhur aktyora ağır itki

Day.Az представляет новость на азербайджанском языке

Məşhur türk aktyor Okan Karacanın atası Müzəffər Karacan dünyasını dəyişib.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, 41 yaşlı aktyor-şoumen O.Karaca atasının ölümü barədə İnstaqramda yazıb.

"Canım, hər şeyim, rəisim, atam Müzəffər Karacanı sabah günorta namazından sonra Zincirluquyu Məzarlığında dəfn edəcəyik".

Qeyd edək ki, bir çox serial və filmdə rol alan, həmçinin verilişlər aparan aktyor-şoumen Okan Karacan, son 1 ildə 60 kilo arıqlaması ilə gündəmə gəlmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.