İrəvanda kütləvi tədbirlər qadağan olundu

Day.Az представляет новость на азербайджанском языке

İrəvanın Erebuni rayonunda silahlı qrup tərəfindən zəbt olunan polis binasının ətrafında kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulub.   

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə İrəvan meriyasının mətbuat xidmətinin məlumatında bildirilir.   
 
Qeyd edək ki, ötən gün İrəvanda polis binasını ələ keçirmiş silahlı qrupa dəstək aksiyası zamanı baş vermiş toqquşmalar zamanı 161 nəfər saxlanılıb, xəsarət almış  73 nəfər xəstəxanalara müraciət edib.  

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.