Ərdoğan Facetime ilə danışdığı jurnalist və qızı ilə görüşdü

Day.Az представляет новость на азербайджанском языке

15 iyulda Türkiyədə çevrilişə cəhd prosesi zamanı "CNN Türk"də canlı yayımda Rəcəb Tayyb Ərdoğanla "FaceTime" proqramı vasitəsilə əlaqə saxlayan və hadisələrin gedişatının dəyişməsində mühüm rolu olan jurnalist Hande Fırat və qızı Beştepedə ölkə prezidentilə görüşüb.

Day.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, jurnalist Ərdoğan və qızı ilə çəkilmiş fotosunu Tvitter hesabında paylaşaraq "Cənab prezident bizi qəbul etdi. Ona çox təşəkkür edirik" deyə yazıb.

Qeyd edək ki, Hande Fırat reportajlarından birində R.T. Ərdoğanla əlaqə saxlamasında qızının böyük əməyi olduğunu bildirib. Onun sözlərinə görə, məhz "FaceTime"ı onun telefonuna qızı yükləyib. İndiyə qədər  "FaceTime"dan istifadə etməyən jurnalist bu hadisədə həmin proqramın köməyinə çatdığını ifadə edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.