“Azərxalça”nın binasının bir hissəsi “İçərişəhər”dən çıxarılıb

Day.Az представляет новость на азербайджанском языке.

Nazirlər Kabineti "Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri  haqqında" qərarında dəyişiklik edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, dəyişiklik  "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansına verilən abidələrin, dövlət mülkiyyətinə məxsus qeyri-yaşayış binalarının, tikililərin və binaların qeyri-yaşayış sahələrinin Siyahısı" ilə əlaqədardır.
 
Dəyişikliyə əsasən "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinini yerləşdiyi binanın qeyri-yaşayış hissəsi (Qüllə küçəsi, 20, 22) "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansına verilən abidələrin, dövlət mülkiyyətinə məxsus qeyri-yaşayış binalarının, tikililərin və binaların qeyri-yaşayış sahələrinin Siyahısından çıxarılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.