Qaxda 8 yaşlı qızı vurub öldürən şəxs tutulub

Day.Az представляет новость на азербайджанском языке

Qax şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az APA-ya istinadən xəbər verir ki,  Qax rayon Prokurorluğundan verilən məlumata görə, avqustun 21-də saat 23:00 radələrində Qax rayonunun Əmircan kənd sakini Mehman Muxtarov idarə etdiyi "VAZ-2107" markalı, 34 BD 580 dövlət nömrə nişanlı avtomobillə  şəhərin M. F. Axundov küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2008-ci il təvəllüdlü Banuçiçək Fətəlizadəni vurub. Nəticədə 8 yaşlı piyada aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
 
Faktla bağlı Qax rayon Polis Şöbəsinin istintaq qrupunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. M. Muxtarov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
 
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.