Nur Yerlitaş daha ekranlarda olmayacaq

Day.Az представляет новость на азербайджанском языке

Modelyer Nur Yerlitaş Türkiyə gündəminə dair yeni açıqlama verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Bəyaz TV telekanalında yayımlanan "Söyləməzsəm olmaz" proqramına birbaşa bağlanan Nur Yerlitaş həm ölkə gündəmi, həm də özü haqqında maraqlı fikirlər səsləndirib. 

Məşhur sima bir neçə gün əvvəl Qaziantepdə baş verən terror aktını qınayıb. O: "Anam kürd, atam qara dənizlidir... Gün birlik günü", - deyərək hər kəsə birlik çağırışı edib.

"İşte benim stilim" dəb proqramı ilə ekranların sevimlisi olan N.Yerlitaş fanatlarını üzəcək bir qərar da verib. O, televiziyadakı fəaliyyətini davam etdirməyəcəyini bildirib. Modelyer: "Bundan sonra atelyemdə zaman keçirəcəyəm", - deyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.