Türkiyədə dəhşətli qəza: saatda 170 km-lə yük maşının altına girdilər

Day.Az представляет новость на азербайджанском языке

1 nəfər ölüb, 1 nəfər yaralanıb

Dəhşətli qəza Antalya-Korkuteli avtomobil yolunda baş verib. Avtosfer.az xəbər verir ki, avtomobili 170 km saatla idarə edən Əli Çətin Dülek idarə etməni itirərək qarşıdan gələn yük maşının altına girib. Qəza nəticəsində avtomobildə olan Dülekin qız dostu Seray Zeytun hadisə yerində həyatını itirib. Antalya Böyükşəhər Bələdiyəsi Yanğınsöndürmə briqadaları tərəfindən avtomobildən çıxarılaraq meyiti Korkuteli Dövlət Xəstəxanasının meyitxanasına aparılıb. Qəzada avtomobil sürücüsü Ali Çətin Dülek, ağır yaralı olaraq Korkuteli Dövlət Xəstəxanasına aparılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.