Saç ustalarına XƏBƏRDARLIQ:

Day.Az представляет новость на азербайджанском языке

Saç ustaları və kosmetik sektorda çalışan qadınlar çalışdıqları sahə tələb etdiyi üçün kimyəvi məhsullarla təmasda olmaq məcburiyyətində qalırlar. Bu fakt onların yumurtalıq funksiyalarını erkən yaşda itirərək uşaq sahibi olmamaq riskiylə qarşı-qarşıya qoyur.

Bunu ABŞ-ın Marilənd əyalətindən aparılan araşdırmalar sübut edib. Tədqiqatlar 3 min 986 qadın saç ustası və başqa peşələrdən olan 2 min qadın arasında aparılıb. 

Qadınların uşaq sahibi olmamasına səbəb olan "Erkən Yumurtalıq çatışmazlığının" əsas səbəbləri arasında genetik amillər, tiroid iltihabı, oynaq revmatizması ( otoimmun xəstəlikləri) , infeksiyalar ( quladibi xəstəliyi) və xərçəng də var.  

Heyvanlar üzərində aparılan araşdırma zamanı bəlli olub ki, bəzi kimyəvi məhsullarla təmasda olmaq erkən yumurtalıq çatışmazlığına səbəb olur.

Saç ustası qadınlarında bu işlə məşğul olmayan qadınlara nisbətən bu riskin 5 qat daha çox olduğu deyilir. Həmçinin erkən doğuş, doğuşla bağlı anomal hallar bu peşə ilə məşğul olan qadınlarda daha çox rast gəlinir.

Spirtli içki və siqaret riski yüksəldir

Saç ustası olan qadınlar arasında siqaret çəkmək həddi digərlərinə nisbətən daha yüksəkdir. Məlumdur ki, spirtli içki və siqaret mövcud problemin irəliləməsini sürətləndirir.

Bəs saç ustası olan kişiləri hansı təhlükə gözləyir?

Saç ustası olan kişilərdə sperma ifrazı yeniləndiyi üçün  kimyəvi maddələrə məruz qalmaqları elə də təsir etmir. Qız uşağı dünyaya gəldikdə onun cəmi 2 min folekulu olur. Yetkinlik yaşına gəldikdə isə follekulların sayı 300-400 minə çatır. Bədən daha çox folekul yarada bilməz. Bu folekullar müəyyən mərhələdən sonra yetişmiş yumurta formalaşdıracaqları üçün çox önəmlidir. Follekullarda sayca azalma az sayda yetişkin yumurta əldə edilməsinə səbəb olur.

Təhlükədən qorunmaq üçün hansı ehtiyat tədbirləri görülə bilər?

İş zamanı xüsusi əlcəklər istifadə etməli, əlləriniz batıbsa çox yaxşı yumalısınız. Mütləq işlədiyiniz salonun havalandırma sistemi olmalıdır. Kimyəvi məhsulların qapaqları açıq saxlanmamalıdır.

aile.lent.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.