Türkiyədə qeyri-adi hadisə

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Siirt vilayətində milyonda bir görülən və xalq arasında "ilan körpə" olaraq bilinən oğlan uşağı dünyaya gəlib.

ATV.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu, iktiyozis (irsi dəri xəstəliyi) adlanır. 24 yaşlı hamilə qadın, Müzəyyən Karataş sancılarının artması səbəbindən Siirt Dövlət Xəstəxanasının təcili yardımına müraciət edib. O, müayinələrdən sonra təcili olaraq qeysəriyyə əməliyyatına götürülüb. Karataş, çox nadir görülən və xalq arasında "ilan körpə" olaraq bilinən iktiyozis xəstəsi olan uşaq dünyaya gətirib.. Körpə, Siirt Dövlət xəstəxanasındakı ilk müdaxilələrdən sonra, Batman Qadın Doğum və Uşaq Xəstəlikləri Xəstəxanasına köçürülüb.

Qadın Doğum Mütəxəssisi Əhməd Yıldızbakan bildirib ki, Siirtdə ilk dəfədir belə bir şeylə qarşılaşırlar. O, bildirib ki, körpənin anası hamiləlik müddətində heç vaxt müayinələrə gəlməyib: "Qadını təcili qeysəriyyə əməliyyatına götürdük və daha əvvəl görmədiyimiz körpə dünyaya gəldi. Xalq arasında "ilan körpə" olaraq bilinən və milyonda bir görülən iktiyozis xəstəsi olan körpə doğuldu".

Uşaq həkimi Tanər Adıgözəl də doğulan körpəni görəndə çox təəccübləndiyini və uşağa dərhal müdaxilə edildiyini bildirib: "Genetik xəstəlikdir. Uşağın anası da heç vaxt müayinəyə gəlməyib. Bu xəstəlik dəri infeksiyasından qaynaqlanır. Xüsusilə qohum evliliklərində bu cür hallarla qarşılaşmaq mümkündür". 

Həkim bildirib ki, körpənin dərisinin normal insan dərisinə çevrilmə ehtimalı çox aşağıdır. Hər keçən gün dərinin özünü yeniləmə sürəti artdığından körpənin yaşamaq şansının daha çox olduğunu deyən həkim bildirib: "Bu uşağın bədəni normal insan bədəninə heç vaxt dönməyəcək. Sadəcə uzun müddətə normal bir dəriyə çevrilməsi belə ən azından daha az infeksiya keçirə biləcəyi səviyyəsinə gətirilə bilər. Bununla əlaqədar yeni müalicə növləri tətbiq olunur".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.