Xocalı soyqırımına görə Azərbaycandan üzr istəyən erməni öldü

Day.Az представляет новость на азербайджанском языке

Ermənistan Helsinki Assosiasiyasının sədri, hüquq müdafiəçisi Mikael Danielyan ölüb.

Day.Az modern.az-a istinadən bildirir ki, bu barədə "Asparez" klubunun sədri Levon Barseqyan deyib.
 
Xatırladaq ki, Mikael Danielyan 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıda soyqırımı törətməsi faktını tanıyan azsaylı ermənilərdən hesab olunurdu.
 
O, faciənin törədilməsinə görə Azərbaycan xalqından üzr istəmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.